×
A
A
A
Sazlamalar

Tibb Universitetində “Komorbid patologiya ilə xəstələrin müalicəsinə multidissiplinar yanaşma” mövzusunda konfrans keçirilib

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında “Gedeon Richter” şirkətinin sponsorluğu ilə “Komorbid patologiya ilə xəstələrin müalicəsinə multidissiplinar yanaşma” mövzusunda konfrans keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, konfransda klinikanın qastroenterologiya və revmatologiya şöbəsinin müdiri, professor Sahib Musayevin “Revmatoloji xəstəliklərdə xroniki ağrı sindromunun müalicəsi”, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Kliniki Neyrofiziologiya Laboratoriyasının rəhbəri, professor Sədaqət Hüseynovanın “Hipertenziv ensefalopatiyaların müalicəsində yeni imkanlar”, institutun kardiologiya üzrə mütəxəssisi, professor İsfəndiyar Ələkbərovun “Ürək-damar xəstəliklərinin müalicəsində AÇFİ-nin yeri. Lizinoprilin üstünlükləri” mövzularında çıxışları dinlənilib.
Eyni zamanda, dərman vasitələrinin xəstəliklərə göstərdiyi müsbət təsirlərdən də söhbət açılıb.

Səhiyyə 2019-05-25 14:30:00