×
A
A
A
Sazlamalar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası “Breyn-rinq” intellektual bilik yarışında qalib olub

Bakı, 25 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə dövlət qurumlarının komandaları arasında keçirilən “Breyn-rinq” intellektual bilik yarışı başa çatıb. ETSN əməkdaşlarının peşə bayramı günü münasibətilə keçirilən bilik yarışında 19 qurumdan komandalar iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası yarışın qalibi olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komandanın üzvləri Elşad Əliyev (ƏƏSMN-nin sektor müdiri), Ozal Möhtəbərli (ƏƏSMN-nin sektor müdiri), Ruslan Mirzəliyev (ƏƏSMN tabeliyində DOST Agentliyinin şöbə müdiri), Fərid Mirzəliyev (ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin məsləhətçisi) və Pərvinə Yusifova (Nizami rayon Məşğulluq Mərkəzinin sektor müdiri) sualları düzgün cavablandırmaqla birinci yerə sahibləniblər.
İntellektual bilik yarışının qalib komandasına diplom və kubok təqdim edilib.

Sosial 2019-05-25 12:42:00