Lüksemburqda “Qarabağ” Mədəniyyət Mərkəzində azərbaycanlı gənc rəssamın sərgisi açılıb
Lüksemburq, 25 may, AZƏRTAC
Lüksemburqda “Qarabağ” Mədəniyyət Mərkəzində bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə rəssam Fərdi İsmayılovun əsərlərindən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Lüksemburqdakı səfiri çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. “Qarabağ” Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən diplomat səfirliyin bu mərkəzin fəaliyyətinə hər zaman dəstək verməyə hazır olduğunu bildirib. Azərbaycan mədəniyyət xadimlərinin, rəssamlarının, xüsusilə də gənc rəssamların bu ölkədə tanıdılmasının təşviq edilməsinin əhəmiyyətinə toxunub.
Diqqətə çatdırılıb ki, Azərbaycanın Qarabağ regionunda anadan olmuş rəssam Fərid İsmayılov ilk təhsilini Bakıda Əzim Əzimzadə adına rəssamlıq kollecində alıb. Dövlət Rəssamlıq Akademiyasında təhsil alarkən qrafik sənət və rəssamlıq işləri ilə fərqlənib. 2016-cı ildən Almaniyada yaşayan F.İsmayılov İncəsənət və sosial elmlər Alanus Universitetinin tələbəsi olub. Gənc rəssam rəsmlərini intuisiya ilə seçir, yaradıcılığında portretlərə xüsusi yer verir. Əsərlərində müxtəlif texnikalardan, neftdən, akvarel boya və qələmdən istifadə edir. Onun əsərləri Azərbaycan və Almaniyada sərgilərdə nümayiş olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir