×
A
A
A
Sazlamalar

Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək

Moskva, 24 may, AZƏRTAC

Azərbaycan “Ordu-2019” Beynəlxalq Hərbi-Texniki Forumunda təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Baş Elmi-Tədqiqat Fəaliyyəti və Qabaqcıl Texnologiyaların Texnoloji Müşayiəti İdarəsinin rəisi, general-mayor Andrey Qonçarov məlumat verib.
O bildirib ki, “Ordu-2019” Beynəlxalq Hərbi-Texniki Forumunda 10 dövlət, o cümlədən Azərbaycan, Türkiyə, Belarus, Hindistan, Qazaxıstan, Çin öz milli ekspozisiyalarını təqdim edəcəklər.
Gözlənildiyinə görə, forumda 131 xarici nümayəndə heyəti iştirak edəcək.
“Ordu-2019” V Beynəlxalq Hərbi-Texniki Forumu iyunun 25-30-da Moskva vilayətinin “Patriot” mədəniyyət və istirahət parkı ərazisindəki “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində keçiriləcək.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Cəmiyyət 2019-05-24 21:38:00