×
A
A
A
Sazlamalar

İngiltərəli və azərbaycanlı rəssam İçərişəhərdə divar üzərində rəsm əsərləri yaradacaq

Bakı, 24 may, AZƏRTAC
Mayın 29-da futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və “Arts Council Azerbaijan” təşkilatının birgə təşəbbüsü ilə “UK & AZ Graffiti Show” adlı layihə təqdim olunacaq.
Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.
Onun sözlərinə görə, layihə Azərbaycan və Böyük Britaniya mədəni əlaqələrinin möhkəmləndirilməsi və inkişafı məqsədi daşıyır.
“Drax” ləqəbli ingiltərəli rəssam “Vish” ləqəbli Azərbaycan rəssamı ilə birgə divar üzərində rəsm əsəri yaradacaqlar.
Rəssamların iş prosesini canlı görmək istəyənlər mayın 29-30-da saat 12:00-16:00-dək “Art Residence”yə (Həsən Səyidbəyli, 51) gedə bilərlər.

İncəsənət 2019-05-24 13:23:00