×
A
A
A
Sazlamalar

Dövlət Miqrasiya Xidməti işə qəbulla əlaqədar müsahibə elan edir

Bakı, 24 may, AZƏRTAC 

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasının vətəndaşları üçün kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə və dövlət qulluğunun yardımçı vəzifələrinə işə qəbulla əlaqədar müsahibə elan edir.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası vətəndaşları Gəncə (bir yer, baş mütəxəssis), Lənkəran (iki yer, kiçik inspektor-mühafizəçi, baş mütəxəssis), Xaçmaz (bir yer, baş mütəxəssis), Şəki regional miqrasiya idarələrində (iki yer, kiçik inspektor-kargüzar, baş mütəxəssis), Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində (bir yer, kiçik inspektor-kargüzar) vakant vəzifələrə işə qəbulla əlaqədar müsahibəyə dəvət olunur.
Vakant vəzifəni tutmaq məqsədilə keçiriləcək müsahibə zamanı ümumi dünyagörüşünə, həmçinin özünü təqdimetmə, kollektivdə işləmək, problem həlletmə, yaradıcılıq və təşəbbüskarlıq xüsusiyyətlərinə, kompüter və xarici dil biliklərinə malik olan şəxslərə üstünlük verilir.
Şərtlərə uyğun gələn, müsahibədə iştirak etmək istəyən şəxslər vakant olan yalnız bir vəzifəyə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edərək kadrlar uçotunun şəxsi vərəqəsi, ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsil haqqında sənədin surəti, hərbi biletin surəti (olduğu təqdirdə) və əmək kitabçasının surətini (olduğu təqdirdə) təqdim etməlidirlər.
Müsahibədə iştirak etmək üçün sənədlər mayın 22-dən iyunun 21-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatında (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202) və ya elektron qaydada (migration.gov.az) qəbul olunur. Ətraflı məlumatı (012) 562-53-01 nömrəli telefona zəng etməklə almaq mümkündür.

Sosial 2019-05-24 13:07:00