×
A
A
A
Sazlamalar

Naxçıvanda bir ayda dəmir yolundan 14 mindən çox sərnişin istifadə edib

Naxçıvan, 24 may, AZƏRTAC

Bu ilin aprel ayında muxtar respublikada dəmir yolu nəqliyyatı vasitəsilə ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 28 min tondan çox müxtəlif təyinatlı yük, Ordubad-Şərur və Şərur-Culfa istiqamətlərində hərəkət edən sərnişin qatarları vasitəsilə isə 14 mindən artıq sərnişin daşınıb.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay vaqonlarda və lokomotivlərdə cari təmir işləri görülüb, Culfa Lokomotiv Deposunda lokomotivlər texniki baxışdan keçirilib.
Baş və stansiya yollarında, eləcə də yağış və leysan sularının maneəsiz ötürülməsi üçün dağüstü kanallarda, körpü yataqlarında, küvetlərdə və beton borularda, alçaq və yüksəkgərginlikli elektrikötürücü hava və kontakt şəbəkəsi xətlərində təmir işləri aparılıb, dəmir yolu obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə işlər davam etdirilib, alçaq və yüksəkgərginlikli elektrikötürücü hava və kontakt şəbəkəsi xətlərində təmir işləri aparılıb.

Regionlar 2019-05-24 11:12:00