×
A
A
A
Sazlamalar

İsa Həbibbəyli: Qafqaz ölkəsi olaraq yaşadığımız regionu dərindən öyrənməliyik

Bakı, 24 may, AZƏRTAC 

Qafqazşünaslıq elmi həm regionu, həm də dünyanı düşündürən suallara cavab axtaran elm sahəsidir.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. O bildirib ki, Qafqaz ölkəsi olaraq yaşadığımız regionu, burada baş verən prosesləri dərindən öyrənməliyik. Prezident İlham Əliyev deyib: “Biz dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəsinə endirək”.
“AMEA-nın Qafqazşünaslıq İnstitutu bu sahədə mühüm işlər görür. Belə ki, institutda həm tədqiqatlar aparılır, həm də bu sahədə aparılan araşdırmalar sistemləşdirilir. Bu gün institut tərəfindən təşkil olunan forum Azərbaycan qafqazşünaslıq elmində atılan təqdirəlayiq addımdır. Ümid edirəm ki, forum qafqazşünaslıq elminin inkişafına müsbət təsir göstərəcək”, – deyə alim qeyd edib.

Elm və təhsil 2019-05-24 10:41:00