×
A
A
A
Sazlamalar

Azərbaycan alimi Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak edib

Bakı, 24 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İbrahim Qabulov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rusiya Federasiyasının Obninsk şəhərində yerləşən Rosatom Texniki Akademiyasında regional təlim kursunda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, istifadə olunan və saxlanılan radioaktiv materialların təhlükəsizliyinin və fiziki mühafizəsinin təmini istiqamətində tədqiqat məsələlərini əhatə edən təlim kursuna 13 ölkədən nümayəndələr qatılıb.
Beynəlxalq tədbirdə İbrahim Qabulov Azərbaycanda radioaktiv materialların təhlükəsizliyinin gücləndirilməsi sahəsində aparılan işlər barədə ətraflı məlumat verib.
Sonra iştirakçılar işçi qruplara bölünərək AEBA ilə təhlükəsizlik sahəsində gələcək əməkdaşlığa dair təklifləri müzakirə ediblər.
Qeyd edək ki, təlim müddətində AEBA ekspertləri, radioaktiv materialların təhlükəsizliyi və fiziki mühafizəsi sahəsində aparıcı ölkələrin, o cümlədən Fransa, Kanada və Rusiyanın mütəxəssisləri bu sahədə aparılan işlər haqqında iştirakçılara məlumat verib və onların suallarını cavablandırıblar.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Elm və təhsil 2019-05-24 10:27:00