×
A
A
A
Sazlamalar

Nəsimi rayonunun bəzi ərazilərinə içməli su məhdudiyyətlərlə veriləcək

Bakı, 24 may, AZƏRTAC 

Paytaxtın Nəsimi rayonunun Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar mayın 24-də 1 və 5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə AZƏRTAC-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

İqtisadiyyat 2019-05-24 10:21:00