×
A
A
A
Sazlamalar

Kitabxanada Abbas Səhhətin anadan olmasının 145 illiyi qeyd edilib

Bakı, 24 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında görkəmli şair, dramaturq, tərcüməçi Abbas Səhhətin anadan olmasının 145 illiyinə həsr olunmuş tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri kitabxananın şöbə müdiri Səidə Sərdarova məktəbliləri uşaq şöbəsi ilə yaxından tanış edib.
Sonra şairin həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib.
Tədbirdə Abbas Səhhətin “Vətən” şeiri, “Yaz”, “Qarı və qulluqçuları”, “Tənbəl”, “Ayı və şir”, “Quşlar”, “İt və kölgəsi”, “Yay səhəri” şeirlərini söyləyiblər, “İki uşaq”, “Qarışqa və milçək”, “Tülkü və qurd” təmsilləri əsasında səhnəciklər göstərilib.
Sonda məktəblilər “Abbas Səhhət–145” başlığı altında təşkil olunmuş sərgi ilə tanış olublar.

 

Mədəniyyət 2019-05-24 05:18:00