×
A
A
A
Sazlamalar

Çində qayıq qəzasında 5 nəfər ölüb, 13 nəfər itkin düşüb

Pekin, 24 may, AZƏRTAC

Çinin Quycou vilayətindəki qayığın batması nəticəsində 5 nəfər ölüb, 13 nəfər itkin düşüb.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə Pancian çayının Cenfen dairəsindən keçən hissəsində baş verib. Qəza vaxtı qayıqda 29 nəfər olub. Dərhal hadisə yerinə gələn xilasedicilər 11 nəfəri sudan çıxarıblar. Beş nəfərin cəsədi tapılıb.
Hazırda itkin düşənlərin axtarışları davam edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-05-24 04:37:00