×
A
A
A
Sazlamalar

Estoniya rəqəmsal olaraq ən yüksək inkişaf etmiş ölkə sayılır

Tallinn, 24 may, AZƏRTAC 

“Expat Insider” təşkilatının keçirdiyi sorğuya əsasən, Estoniya dünyanın rəqəmsal baxımdan ən inkişaf etmiş ölkəsi seçilib.
AZƏRTAC xəbər verir ki, reytinqdə ikinci yeri Finlandiya, üçüncü yeri isə Norveç tutur. Bu ölkələrdə, demək olar ki, bütün xidmətlərin onlayn alternativləri var. Nağdsız ödəmələr bu ölkələrin hər bir sahəsində problemsiz işləyir.
Bu baxımdan ən zəif ölkələr isə Myanma, Çin, Misir, Hindistan, Peru, Uqanda, İndoneziya və Türkiyədir.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

Dünya 2019-05-24 00:19:00