×
A
A
A
Sazlamalar

Yüksək Texnologiyalar Parkı ilə “BP Azerbaijan”ın əməkdaşlığına dair müzakirələr aparılıb

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də “BP Azerbaijan” şirkətinin nümayəndələri ilə Yüksək Texnologiyalar Parkında (YT Park) növbəti görüş keçirilib.
YT Park-dan AZƏRTAC-a bildirilib ki, parkın direktoru Tural Kərimli “BP Azerbaijan” şirkətinin kommersiya departamentinin nümayəndələri Əli Talıbov və Səidə Məmmədovanı İnnovasiyalar Agentliyinin fəaliyyəti və texnoloji sahədə son görülmüş işlər barədə məlumat verib.
Görüş çərçivəsində “COMmercialize startUP – ComUP” proqramına əsasən, müxtəlif sahələrdə fəaliyyət göstərən Azərbaycan startaplarının innovativ xidmətlərini kommersiyalaşdırmaq, onların dövlət qurumları, transmilli və beynəlxalq şirkətlərlə işgüzar tərəfdaşlıq qurması məqsədilə “BP Azerbaijan”ın nümayəndələrinə İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin aidiyyəti startap layihələrinin təqdimatları nümayiş olunub.
Həmçinin görüşdə Yüksək Texnologiyalar Parkı ilə “BP Azerbaijan” şirkəti arasında əməkdaşlığa dair müzakirələr aparılıb.

İKT 2019-05-23 18:39:00