×
A
A
A
Sazlamalar

Gəncə Dövlət Peşə Təhsil Mərkəzində tədris formaları təhlil olunub

Bakı, 23 may, AZƏRTAC
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının dəstəyi layihəsi çərçivəsində üç gün davam edən təlim keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təlim avtomobil təmiri üzrə dəmirçi ixtisasında peşə standartlarını, təlim planı və kurikulumun rolunu izah etmək, tədris formalarını təhlil edərək lazımi dəstəyi müəyyənləşdirmək məqsədi daşıyır.
Təlimdə beynəlxalq ekspert Aleksander Siboni, layihə eksperti Kamil Nəzərov və Mərkəzin müəllim heyəti iştirak edib.

Elm və təhsil 2019-05-23 18:15:00