×
A
A
A
Sazlamalar

“Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət alıb

Bakı, 23 may, AZƏRTAC
“Neftçi” klubunun futbolçusu Mamadu Kane Qvineya millisinə dəvət alıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasının düşərgəsinə qatılacaq. İyirmi iki yaşlı futbolçu iyunun 6-dək yığmanın təlim-məşq toplanışında iştirak edəcək.
Qeyd edək ki, Mamadu Kane son mövsümün ikinci yarısından etibarən “Neftçi”nin heyətində 9 oyun keçirib.

İdman 2019-05-23 18:08:00