×
A
A
A
Sazlamalar

Yanvar-aprel aylarında hava nəqliyyatı ilə 663,2 min sərnişin daşınıb

Bakı, 23 may, AZƏRTAC

Cari ilin ilk 4 ayında hava nəqliyyatı ilə 663 min 200 və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Nəqliyyat 2019-05-23 18:01:00