×
A
A
A
Sazlamalar

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası “İllər sizi dəyişməsin” layihəsini təqdim edib

Bakı, 23 may, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və “Vəfa Dermatologiya və Estetika Klinikası”nın təşəbbüsü və dəstəyi ilə AQSİA-ya üzv sahibkar qadınları bir araya gətirərək “İllər sizi dəyişməsin” adlı layihəni təqdim edib.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, assosiasiyanın idarə heyətinin sədri Səkinə Babayeva Ramazan ayında təqdim edilən bu layihənin sahibkar qadınlar üçün töhfə olduğunu bildirib. Qeyd edib ki, layihənin məqsədi regionlarda dermatoloji problemlərin həllində gənc xanımlara kömək göstərməkdir.
“İllər sizi dəyişməsin” layihəsinin məqsədi qadınlara kiçik toxunuşlarla xoş görünüşlərin əldə olunmasında dermatologiya və kosmetologiya sahəsinin ən yeni texnologiyalarını göstərmək, 5 gənc xanıma bu sahənin öyrədilməsində dəstək olmaqla onları sertifikatlandırıb daimi iş yerləri ilə təmin etməkdir.
Eyni zamanda, layihənin davamı olaraq bu texnoloji avandanlıqlarla Bakıda və regionlarda ehtiyacı olan xanımlar üçün sosial məqsədli tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Cəmiyyət 2019-05-23 17:39:00