×
A
A
A
Sazlamalar

Sumqayıtda usta işlədiyi binadan yıxılaraq ağır xəsarət alıb

Sumqayıt, 23 may, Ətrabə Rzayeva, AZƏRTAC 

Sumqayıtda usta işlədiyi obyektin ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, şəhərin 18-ci mikrorayon ərazisində tikintisi aparılan obyektlərin birində usta işləyən 1977-ci il təvəllüdlü İmanquliyev Tərlan Əhəd oğlu tikilinin 2-ci mərtəbəsindən yıxılıb. T.İmanquliyevin onurğa və fəqərə sümüyü sınıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Regionlar 2019-05-23 17:29:00