×
A
A
A
Sazlamalar

Xüsusi olimpiyaçılar stolüstü tennis üzrə respublika seçmə yarışlarında iştirak ediblər

Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar və qızlar arasında stolüstü tennis üzrə respublika seçmə yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, oğlanların yarışında Cavidan Məmmədli (I divizion, yığma komanda), Həbib Tağıyev (II divizion, Saray, 2 saylı tam orta məktəb), Fərid Nurməmmədli (III divizion, Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı xüsusi internat məktəbi), Coşqun Əliyev (IV divizion, Sumqayıt Regional Proqramı (filialı), Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gimnaziya), Saleh Mustafazadə (V divizion, yığma komanda), Həsən Məmmədov (VI divizion, Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi), Danil Sokolov (VII divizion), Toğrul Mirzəyev (VIII divizion, hər ikisi “Greenlight” Autizm Mərkəzi), Nicat Həmidov (IX divizion, Azərbaycan Loqoped Akademiyası), Xəqan Əliyev (X divizion), Kamal Bayramov (XI divizion, hər ikisi "Autizmlilərin İdman Klubu İctimai Birliyi”) turnirin qalibi olublar.
Qızların mübarizəsində isə Evelina Rodina (yığma komanda), Gülşən Mustafayeva (Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı xüsusi internat məktəbi), İradə Əliyeva (Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi) fərqləniblər.

İdman 2019-05-23 17:23:00