×
A
A
A
Sazlamalar

“Sumqayıt” Futbol Akademiyasında seleksiya günləri davam edir

“Sumqayıt, 23 may, AZƏRTAC

"Sumqayıt" Futbol Akademiyası seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirir.
Futbol klubunun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, "Kapital Bank Arena"da seçimlərin növbəti mərhələsi keçirilib. Belə ki, 6-10 yaşlı idmançılar arasında keçirilən seleksiya toplanışında təxminən 30-a yaxın futbolçu iştirak edib.
Seçimlər hər həftənin 2-ci və 4-cü günləri saat 16:00-dan etibarən “Kapital Bank Arena”da keçirilir.

İdman 2019-05-23 17:26:00