×
A
A
A
Sazlamalar

Cari ildə dəmir yolu nəqliyyatı ilə 1 milyard dollarlıq yük daşınıb

Bakı, 23 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 milyon 257 min 220 ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 14 milyon 646 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 4 ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 677 min 745 ton yükün dəyəri 228 milyon 227 min dollar təşkil edib.
Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1 milyon 579 min 474 ton, dəyəri isə 786 milyon 418 min dollar olub.

Nəqliyyat 2019-05-23 17:21:00