×
A
A
A
Sazlamalar

Levan İzoria: Gürcüstanda ABŞ hərbi bazasının olmasını alqışlayıram

Tbilisi, 23 may, AZƏRTAC
Gürcüstan ilə ABŞ arasında münasibətlər çox yüksək səviyyədədir. Biz hərbi sahədə də səmərəli əməkdaşlıq edirik. Bu baxımdan mən gələcəkdə Gürcüstanda ABŞ hərbi bazalarının olmasını alqışlayıram.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria mətbuata açıqlamasında söyləyib.
Nazir Prezident Salome Zurabişvilinin ABŞ-ın hərbi bazasının Gürcüstan ərazisində yerləşdirilməsinin məqsədəuyğun olmaması ilə bağlı fikrini şərh etməyib. O, jurnalistin bununla bağlı sualına cavab verməkdən imtina edib.
Gürcüstanın Müdafiə naziri ölkəsinin ABŞ ilə hərbi sahədə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Bildirib ki, bu ilin sonunda Gürcüstan ilə ABŞ arasında imzalanacaq çərçivə sazişi hərbi əməkdaşlığın daha da dərinləşdirilməsində mühüm rol oynayacaq.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-05-23 17:10:00