×
A
A
A
Sazlamalar

Milli Kitabxanada növbəti sərgi - “Hüseyn İbrahimov-100”

Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, “Şöhrət” ordenli, Xalq yazıçısı Hüseyn İbrahimovun anadan olmasının 100 illiyi münasibətilə “Hüseyn İbrahimov-100” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə yazıçının Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, redaktoru olduğu və “Ön söz” yazdığı, haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.

Mədəniyyət 2019-05-23 17:04:00