×
A
A
A
Sazlamalar

Natali Qule: İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır

Bakı, 23 may, AZƏRTAC
İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri erməni futbolçu Henrix Mxitaryanın Bakıya səfərdən imtina etməsini şərh edən Fransa Senatının Xarici məsələlər komitəsinin sədr müavini Natali Qule deyib. O, belə bir hala yol verilməsinin təəssüf doğurduğunu bildirib.
Natali Qule qeyd edib ki, 2015–ci ildə Ermənistan nümayəndə heyəti Bakıda keçirilən Avropa Oyunlarına gəliblər. Prezident İlham Əliyev erməni idmançıya medal təqdim edib və onu fitə basanları sakitləşdirərək alqışlamalarını dəstəkləyib. “Düşünürəm ki, vətəndaş cəmiyyəti sülhün yaradılmasında iştirak etməlidir. Bu dəfə bu imkan səfərdən imtina ilə buraxılmış oldu”, - deyə o əlavə edib.

Siyasət 2019-05-23 17:05:00