×
A
A
A
Sazlamalar

“Neftçi” komandası Ukraynanın “Vorskla” klubu ilə qarşılaşacaq

Bakı, 23 may, AZƏRTAC

“Neftçi” klubunun Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, komandamız iyunun 30-da “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Ukraynanın “Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq.
Xatırladaq ki, “ağ-qaralar” yeni mövsümə hazırlığa iyunun 10-da start verəcək. Hazırlığın ilk mərhələsi ayın 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər. Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyənin Topuk yaylası bölgəsində olacaq. “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komandamızın iyunun 20-də və 25-də qardaş ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri hələ dəqiqləşməyib.

İdman 2019-05-23 16:55:00