×
A
A
A
Sazlamalar

Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşdirilmələrdə 16,7 faiz “ağarma” müşahidə edilir

Bakı, 23 may, AZƏRTAC 

Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşdirilmələrdə 16,7 faiz "ağarma" müşahidə olunur.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu barədə nazirliyin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov deyib.
Departament rəhbəri qeyd edib ki, buna görə də, cari ilin birinci rübündə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz artıb: “Neft sektoru üzrə 57 milyon manat və ya 12,5 faiz, qeyri-neft sektoru üzrə 179 milyon manat və ya 18,3 faiz artım olub”.

İqtisadiyyat 2019-05-23 15:32:00