×
A
A
A
Sazlamalar

Neftin qiyməti ABŞ-ın artan ehtiyatları fonunda ucuzlaşır

Bakı, 23 may, AZƏRTAC

Neftin qiyməti Birləşmiş Ştatlarının xam neft ehtiyatlarının artması fonunda ucuzlaşır.
AZƏRTAC xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-ın neft ehtiyatları 4,7 milyon barrel artaraq 476,8 milyon barrel olub. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 3,7 milyon barrel artaraq 228,7 milyon barrelə çatıb. Bütün bu artan göstəricilər fonunda dünya birjalarında neftin qiyməti təxminən 1,6 faizədək ucuzlaşıb.
Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 69,79 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 60,39 dollara alıcı axtarır.

Neft - qaz 2019-05-23 15:16:00