×
A
A
A
Sazlamalar

Elektrik təchizatı şəbəkələrinə qoşulmaya dair seminar təşkil olunacaq

Bakı, 23 may, AZƏRTAC

Mayın 30-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı və “Azərişıq” ASC-nin dəstəyi ilə “Elektrik təchizatı şəbəkələrinə qoşulma” mövzusunda seminar keçiriləcək.
ASK-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi elektrik enerjisi təchizatı üzrə sahibkarların məlumatlandırılması və bu sahədə yaranan sualların aydınlaşdırılmasıdır.

İqtisadiyyat 2019-05-23 14:54:00