×
A
A
A
Sazlamalar

“Anatolian Phoenix-2019” təlimlərinin yekun mərhələsi icra olunub VİDEO

Bakı, 23 may, AZƏRTAC 

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin yekun mərhələsi icra olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin sonuncu günündə helikopter ekipajları və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan heyətlər müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.
Beynəlxalq təlimlərə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60-a yaxın hərbi qulluqçusu qatılıb.

Ordu 2019-05-23 14:34:00

Video