×
A
A
A
Sazlamalar

Bu gün futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək

Bakı, 23 may, AZƏRTAC

Bu gün futzal üzrə Azərbaycan kuboku yarışlarının final oyunu keçiriləcək. Həlledici qarşılaşmada EKOL və “Advokat” komandaları üz-üzə gələcəklər.
AZƏRTAC xəbər verir ki, İkinci Liqada çıxış edən “Advokat” ilk dəfə bu mərhələyə vəsiqə qazanıb. EKOL isə 3 dəfə titulun sahibi olub. “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq oyun saat 14:30-da başlayacaq.
Qarşılaşmadan əvvəl Müasir İnnovasiyalar Liseyinin şagirdləri tərəfindən Azərbaycan kubokunun finalı üçün hazırlanmış fləşmob nümayiş olunacaq.
Matç başa çatdıqdan sonra isə komandalara mükafatlar təqdim ediləcək.

İdman 2019-05-23 14:01:00