Azərbaycan batutçuları Rusiyada qızıl medal qazanıblar
Bakı, 23 may, AZƏRTAC
Krasnodarda batut gimnastikası üzrə Rusiya çempionatının final yarışları keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Rusiyanın 35 regionundan ümumilikdə 600-dən çox idmançının qatıldığı turnirdə Azərbaycan gimnastları da uğurla çıxış ediblər. Belə ki, yarışlarda ölkəmizi təmsil edən böyük gimnastlarımız Ruslan Ağamirov və İlya Qrişunin sinxron proqramda ən yüksək nəticəni göstərərək qızıl medal qazanıblar.
Yarışda çıxış edən gimnastımız Selcan Mahsudova turniri 4-cü, digər təmsilçimiz Hüseyn Abbasov isə 8-ci yerdə başa vurublar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir