×
A
A
A
Sazlamalar

Azərbaycan sahibkarları “KazBuild-2019” sərgisində iştiraka dəvət edilirlər

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan sahibkarları sentyabrın 4–6-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək “KazBuild-2019” sərgisində iştiraka dəvət olunurlar.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a bildirilib ki, sərgidə sahibkarlar öz brendini və məhsullarını, eləcə də müvafiq sahədə əlaqə qurmaq üçün bazarda fəaliyyət göstərən alıcılara birbaşa çıxış imkanı əldə edəcəklər.

İqtisadiyyat 2019-05-23 13:38:00