×
A
A
A
Sazlamalar

Vəkillərin elektron imza ilə təmin olunmasına başlanılıb

Bakı, 23 may, AZƏRTAC 

“Elektron məhkəmə” informasiya sisteminin imkanlarından geniş istifadənin tətbiqi çərçivəsində Vəkillər Kollegiyasının üzvlərinin məhkəmələrə müraciətlərinin elektron qaydada göndərilməsinin təmin olunması məqsədilə ötən il yüzə yaxın vəkilə “ASAN imza” verilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, bu ərəfədə “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində məhkəmə sistemi üzrə aparılmış islahatlarla bağlı “İcra və kommunikasiya Planı”nının yerinə yetirilməsi çərçivəsində minə yaxın vəkillə “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetin imkanları və elektron müraciət qaydalarına dair təlimlər keçirilib. Təlimlərdə istifadə olunan vəsait Kollegiyanın saytında yerləşdirilib.
Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupu ilə birlikdə həyata keçirilən tədbirlər çərçivəsində vəkillərə elektron imzanın verilməsi işinə başlanılıb. Bu ərəfədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumu tərəfindən 300-dən artıq vəkil üçün elektron imza hazırlanıb. Hazırda elektron imzaların aidiyyəti vəkillərə ödənişsiz əsaslarla təqdim olunması işinə başlanılıb.
“Elektron məhkəmə” informasiya sistemindən, həmçinin “ASAN imza” vasitəsilə də istifadə olunur. Vəkillər bundan əvvəl həmin imzaları zərurət yarandıqda şəxsi təşəbbüsləri ilə əldə ediblər.
Vəkillərin elektron imzalarla təmin edilmələri ilə əlaqədar Kollegiyanın aparat rəhbərinin müavini Seymur Səfərova (012-594-14-95, 055-999-23-66, [email protected]) müraciət etmələri xahiş olunur.

Sosial 2019-05-23 12:53:00