×
A
A
A
Sazlamalar

Özbəkistanın “Gülüstan” jurnalında Anarın “Zəncir” hekayəsi çap olunub

Daşkənd, 23 may, АZƏRTAC

Özbəkistanın “Gülüstan” jurnalında Azərbaycanın Xalq yazıçısı Anarın “Zəncir” hekayəsi çap olunub.
AZƏRTAC xəbər verir ki, hekayəni orijinaldan ədəbiyyatımızın dostu Mamatkul Hazratkulov çevirib. O, Azərbaycan ədəbiyyatı ilə yaxından tanışdır, ölkəmizdə yazıçı və şairlər arasında çoxlu dostları var. Ayrı-ayrı vaxtlarda Anarın, Elçinin və digər yazıçıların əsərlərini özbək dilinə çevirib.
Son illərdə Anarın Daşkənddə “Mən, sən, o və telefon” və “Qırmızı limuzin” kitabları özbək dilində çap edilib.

 

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2019-05-23 13:25:00