×
A
A
A
Sazlamalar

UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir

Bakı, 23 may, AZƏRTAC

UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa bilet satışı davam edir.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, biletləri “Port Baku Mall”, “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzlərindən və Heydər Əliyev Sarayının kassalarından əldə etmək mümkündür.
Saat 23:00-da başlayacaq final görüşündə Londonun “Arsenal” və “Çelsi” klubları qarşılaşacaqlar.

İdman 2019-05-23 12:40:00