×
A
A
A
Sazlamalar

Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsi xeyli artıb

Tbilisi, 23 may, AZƏRTAC

Cari ilə yanvar-aprel aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi xeyli artıb. Hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 362,1 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin xarici ticarət tərəfdaşları sırasında 3-cü yerdədir.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin aralıq hesabatına görə, ölkənin xarici ticarət tərəfdaşları sırasında Türkiyə birinci, Rusiya isə ikinci yerdədir.
Dörd ayda Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycanın payı 9,4 faizdir. Bu dövrdə Gürcüstandan Azərbaycana 126 milyon 337,8 min dollarlıq məhsul ixrac olunub. Bu da illik müqayisədə 5 faiz çoxdur.
Yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 235 milyon 802,2 min dollarlıq məhsul idxal edib. Bu da illik müqayisədə 2,6 faiz çoxdur.
Cari ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 3 milyard 859,6 min dollar olub. Bu da illik müqayisədə 2,3 faiz artım deməkdir. Ölkə hesabat dövründə 1 milyard 133,4 min dollarlıq məhsul göndərib, 2 milyard 726,2 min dollarlıq məhsul idxal edib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İqtisadiyyat 2019-05-23 12:16:00