×
A
A
A
Sazlamalar

Hesablama Palatası bu il dövlət büdcəsində 6 milyon manatdan çox vəsaitin bərpasını təmin edib

Bakı, 23 may, AZƏRTAC
Hesablama Palatası bu il dövlət büdcəsində 6 milyon manatdan çox vəsaitin bərpasını təmin edib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
V.Gülməmmədov qeyd edib ki, bu ilin 5 ayı ərzində yol verilmiş pozuntularla bağlı 2 audit tədbiri hüquq-mühafizə orqanlarına göndərilib. Onların təqdim etdiyi hesabatlara əsasən, hər bir nəzarət tədbiri ilə bağlı cinayət işi başlanılıb. Eyni zamanda, ötən il Hesablama Palatası 9 nəzarət tədbirinin nəticələrini hüquq-mühafizə orqanlarına göndərib. Buraya həm inzibati, həm də cinayət məsuliyyət yaradan hallarla bağlı audit tədbirlərinin nəticələri daxildir.
"Pozuntular nəticəsində keçən il təkcə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və müəssisələrin hesabına 23 milyon manat vəsait bərpa olunub. Büdcə vəsaitinin bərpası ilə yanaşı, natural ifadədə bərpa var ki, bu, 5,5 milyon manat ətrafındadır. Bu il isə 5 ay ərzində dövlət büdcəsinə 6 milyon manatdan çox vəsaitin bərpasını təmin etmişik", - deyə o bildirib.

Maliyyə 2019-05-23 11:50:00