×
A
A
A
Sazlamalar

Balakəndə tutulan Masallı sakinindən 22 kiloqrama yaxın marixuana aşkarlanıb

Bakı, 23 may, AZƏRTAC 

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində rayonun Hənifə kəndi ərazisində çətənə bitkilərinin üzərindən yığaraq əldə etdiyi narkotik vasitəni qurutmaq üçün sərən Masallı rayon sakini 21 yaşlı Sadiq Mirzəquliyev şübhəli şəxs qismində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, S.Mirzəquliyevin çöl sahədə sellofan örtüyün üzərinə qurutmaq üçün sərdiyi 22 kiloqrama yaxın marixuana və yabanı halda bitmiş 123 çətənə bitkisi həmin ərazidən aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı S.Mirzəquliyev barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisə 2019-05-23 11:41:00