Mədəniyyət evində “İstedad – 2019” yaradıcılıq festivalının qalibləri mükafatlandırılıblar
Bakı, 23 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində Xəzər rayon uşaq və yeniyetmələri arasında “İstedad – 2019” devizi altında yaradıcılıq festivalının final mərhələsi keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət evi və Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan festival 4 istiqamət - bədii qiraət, rəqs, musiqi alətlərində ifa, solo ifa üzrə olub.
Festivalda Xəzər rayonunda yerləşən məktəblərdə təhsil alan şagirdlər iştirak ediblər. Qalibləri müəyyən edən münsiflər heyəti şagirdlərin çıxışlarını qiymətləndirib.
Festivalın keçirilməsində məqsəd istedadlı gəncləri qiymətləndirmək, onlarda sevdikləri sahələrdə stimul yaratmaqdır.
Sonda qaliblər mükafatlandırılıb, onlara diplom və hədiyyələr təqdim edilib.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir