Bəzi avtobusların hərəkət sxemi dəyişdirilib
Bakı, 23 may, AZƏRTAC
Bəzi avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, mayın 23-dən 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik olunub. Dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam məhdudlaşdırılması səbəbindən edilib. Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.
Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədədir.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb