×
A
A
A
Sazlamalar

Bakı Fotoqrafiya Evində 19 müəllifin əl işlərindən ibarət sərgi açılıb

Bakı, 23 may, AZƏRTAC

Bakı Fotoqrafiya Evində “Adlar” isimli yeni sərginin açılış mərasimi olub.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan fotoqrafiya sənətində iz qoyan 19 müəllifin əl işləri təqdim edilib.
Açılış mərasimində sərginin kuratoru, fotoqraf Sənan Ələsgərov çıxış edərək fotoqrafiyanın həyat hadisələrini əks etdirməsi baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, sərgidə əsərləri nümayiş olunan rəssamlar peşəkar və həvəskarlardır. Onlar öz hiss və düşüncələrini - sevinc və kədəri, məyusluq və sevgini, ətraf mühitə qarşı münasibəti fotoqrafiya vasitəsilə əks etdiriblər.
Qeyd olunub ki, sərgi avqustun 21-dək davam edəcək.

Mədəniyyət 2019-05-23 10:43:00