×
A
A
A
Sazlamalar

Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda Seysmik Rayonlarda Tikinti Normativi müzakirə olunub

Bakı, 23 may, AZƏRTAC

“Lawrence Livermore” Milli Laboratoriyasının, ABŞ Seysmik Əməkdaşlıq proqramının proqram meneceri Rengin Gök və Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur Bakıya səfərləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda seysmik rayonlarda istifadə edilən tikinti normativlərinə dair müzakirələr aparıblar.
Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə institutun direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Abdı Qarayev, institutun şöbə müdiri, texnika elmlər doktoru, professor Xanlar Seyfullayev, laboratoriya müdiri, texnika elmləri doktoru, dosent Nizami Yusifov, laboratoriya müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rövşən Rzayev, şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Eldar Nuriyev, ABŞ-ın “Lawrence Livermore” Milli Laboratoriyasının, ABŞ Seysmik Əməkdaşlıq proqramının proqram meneceri Rengin Gök, Kanadanın Geologiya Xidmətinin professoru Tuna Onur, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma" şöbəsinin müdiri Zəhra Əliyeva, şöbənin əməkdaşları Lalə Fəttahova və İlhamə Cəlilova, "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya - mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.
Görüşdə dünyanın inkişaf etmiş ölkələrində hazırda tətbiq edilən seysmik rayonlarda Tikinti Norma və Qaydaları haqqında müzakirələr aparılıb. Xarici qonaqlar tərəfindən bu cür normativlərin həm iqtisadi, həm də insan həyatının qorunması baxımından vacibliyi vurğulanıb. Bu normativlərin müəyyən hissələrinin Azərbaycanda istifadə olunan “Seysmik Rayonlarda Tikinti Norma və Qaydaları”nda tətbiq edilməsi təklif edilib. Tədbirdə normativə ediləcək əlavələr dəstəklənib və bu işlərin yerinə yetirilməsi üçün birgə əməkdaşlıq etməyin zəruriliyi qeyd edilib.

Sosial 2019-05-23 10:24:00