×
A
A
A
Sazlamalar

Lənkəranda su hövzələrində təhlükəsizliyin təmin olunması diqqət mərkəzində saxlanılır

Bakı, 22 may, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə Cənub Regional Mərkəzi Lənkəran Rayon İcra Hakimiyyətində “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda müşavirə keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Lənkəran rayonu ərazisindəki su hövzələrində keçirilən monitorinqin nəticələri barədə məlumat verilib, aşkarlanmış nöqsanlar fotoslaydlarla nümayiş olunaraq, yerli icra orqanlarının rəhbərləri ilə müzakirə edilib.
Toplantıda yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı ətraflı məlumatlar verilib.
Sonda “Su hövzələrində təhlükəsizlik və davranış Qaydaları”na dair videoçarx nümayiş etdirilib.

Sosial 2019-05-22 19:50:00