×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxanada Kembric Universiteti Nəşriyyatının təqdimatı keçirilib

Bakı, 22 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Kembric Universiteti Nəşriyyatının təqdimatı keçirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə nəşriyyatın nümayəndəsi Leszek Czervinski çıxış edib. O, nəşriyyatın ilk çap nümunəsinin 1584-cü ildə dərc edildiyini və hər il 400 jurnal və 1500 kitab nəşr olunduğunu bildirib. Vurğulayıb ki, nəşriyyatın məlumat bazasında 36 min elektron kitab var və keyfiyyətə ciddi nəzarət olunur.
Leszek Czervinski nəşriyyata təqdim edilən yazıların qəbul qaydaları, mexanizmi və elmi jurnalların təsir amilindən danışıb, elmi yazılarını dərc etmək istəyən alimlərin nəşriyyat seçimində diqqətli olmalarını tövsiyə edib.
Çıxışının sonunda Kembric Universiteti Nəşriyyatının nümayəndəsi istifadəçilərə təqdim etdikləri “açıq mənbə” xidmətinin müsbət və mənfi tərəfləri barədə açıqlama verib.

Elm və təhsil 2019-05-22 18:56:00