×
A
A
A
Sazlamalar

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Qırğızıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Qırğızıstan qardaş Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə böyük əhəmiyyət verir.
Əminəm ki, Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra da möhkəmlənəcək, ölkələrimizin və xalqlarımızın rifahının yaxşılaşmasına şərait yaradacaq.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm.
Hörmətlə,

 


Sooronbay Jeenbekov
Qırğız Respublikasının Prezidenti

Məktublar 2019-05-22 18:30:00