İncəsənət Gimnaziyası şagirdlərinin ifası beynəlxalq yarışmada yüksək qiymətləndirilib
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında səslənən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbovun “Bahar qızı əfsanəsi” uşaq operası və digər mahnılar Qazaxıstanda keçirilən beynəlxalq yarışmada 2-ci yerə layiq görülüb.
Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Yusifova bildirib ki, hazırda gimnaziya tələbələri tərəfindən “Bahar qızı əfsanəsi” operasının məşqləri gedir. Məşqləri bitirmək üzrəyik. Əsərdən bir pərdəni Qazaxıstanda keçirilən “Caspi-art Uluslararası Sanat Yarışması”na göndərdik. Yarışmanın münsiflər heyəti tərəfindən gimnaziya şagirdlərinin ifasında səslənən həm bəstəkarın əsəri, həm də digər mahnılar çox yüksək qiymətləndirildi.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir