×
A
A
A
Sazlamalar

Metroda suxaric qurğuların fəaliyyətinin təmini üçün 450 kilovolt amperlik 2 dizel generatoru alınıb

Bakı, 22 may, AZƏRTAC

Dizel elektrik stansiyaları fəaliyyətə başlayana kimi elektrik enerjisi ilə bağlı baş verə biləcək fövqəladə hallar zamanı “Bakı Metropoliteni” QSC-də ən zəruri ehtiyacların ödənilməsi məqsədilə müvəqqəti tədbirlər görülüb. Metroda suxaric qurğuların fəaliyyətini təmin etmək məqsədilə 450 kilovolt amper (kVA) gücə malik 2 dizel generator alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.
“Yeraltı qrunt sularının metro tunellərindən xaric edilməsi üçün suxaric qurğuların fəaliyyətini təmin etmək məqsədilə 450 kVA-lıq mobil dizel elektrik stansiyasının sınaqlarının nəticələri qənaətbəxş hesab olunub. İki belə dizel generator alınaraq ehtiyatda saxlanılır”, - deyə Ə.Osmanov bildirib.

 

İqtisadiyyat 2019-05-22 18:19:00