×
A
A
A
Sazlamalar

Polis veteranlarının ictimai təhlükəsizliyin təmin olunmasında fəaliyyəti güclənib

Goranboy, 22 may, Rauf Hacıyev, AZƏRTAC

Polis veteranlarının ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Goranboy Rayon Polis Şöbəsində (RPŞ) polis veteranları ilə təşkil olunan görüşdə məlumat verilib.
Tədbiri açan RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirov qeyd edib ki, polis veteranlarının təcrübələri çox dəyərlidir, xüsusilə müxtəlif dini cərəyanların yeniyetmə və gənclər arasında təbliğinin qarşısının alınmasında, narkomaniyaya qarşı mübarizədə onların böyük əməyi var.
Görüşdə çıxış edən Polis Veteranları Şurasının sədri Şahin Əliyev hər zaman olduğu kimi, bu gün də Azərbaycanda cinayətkarlığa qarşı barışmaz və kəskin mübarizə aparıldığını, sabitliyin bərpasında, gənc əməkdaşların peşəkarlığının artmasında ciddi uğurlar əldə olunduğunu deyib.

Regionlar 2019-05-22 17:53:00