×
A
A
A
Sazlamalar

Azərbaycan aliminin həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc edilib

Bakı, 22 may, AZƏRTAC
AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin Çin, ABŞ, Gürcüstan alimləri ilə birgə həmmüəllifi olduğu “Uzunsov ardıc (Juniperus oblonga) bitkisindən “Labdane və abietanediterpenoidlər”, onların sitotoksiki fəallığı” sərlövhəli məqalə yüksək impakt faktorlu “Molecules” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə uzunsov ardıc bitkisindən alınmış, geniş spektroskopiya üsulu və kimyəvi vasitələrdən istifadə etməklə əvvəlcədən təsvir edilməmiş diterpenoidin strukturu ayrılıb və müəyyən edilib. Ayrılmış birləşmələr üç insan şiş hüceyrə xəttinə qarşı sitotoksik fəallıq üzrə qiymətləndirilib. Bu, uzunsov ardıc növündən əldə edilən diterpenoidlər haqqında ilk məlumatdır. Bundan əlavə, ilk dəfə olaraq “Juniperus” cinsinə aid daha 5 birləşmə müəyyən edilib.

Elm və təhsil 2019-05-22 16:37:00